Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan: "Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası vacibdir"

“Ermənistanla Türkiyə arasında sərhədin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

RegionTV.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə konkret addımlar atılmalıdır:

“İşlərin davam etməsi üçün, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də