Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrail alimləri tibbi maskaların əsas çatışmazlığından danışdı...






Maskalar koronavirus infeksiyasının yayılma riskini azaldır. Ancaq mütəxəssislərin fikrincə, fərdi qoruyucu vasitələr sayəsində bir çox insanlar sifətləri xatırlamaqda və tanımaqda çətinlik çəkməyə başlayıblar. 

Yəhudi alimlərin qənaətləri “Scientific Reports” elmi jurnalında dərc olunub.

Ben-Qurion Universitetinin əməkdaşları təxminən 500 nəfərin iştirakı ilə bir tədqiqat aparıblar.

Könüllülərdən 100-ə yaxın üzü xatırlamaları istənilib. Təcrübənin növbəti mərhələsində iştirakçılara üzünün aşağı hissəsi qoruyucu vasitələrlə örtülmüş insanların fotoları göstərilib.

İkinci halda tədqiqat iştirakçıları sifətləri 15  faiz  daha az tanıyıblar. 

Bundan əlavə, insanlar yaddaşlarında  bir insanın görünüşünü bərpa etmək və xəyallarında üzün qapalı hissəsini "rəsmini bitirmək" üçün daha çox vaxt sərf ediblər.

İsrail psixoloqlarına görə,  maska taxmaq çoxsaylı çatımazlıqlara səbəb olur: insanlar tez-tez küçədə tanımadıqlarını tanışlarla səhv salırlar. Bundan əlavə, təhsil sahəsində də problemlər yaranır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də