Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının hazırkı sədrinin müavini seçilib.
RegionTV.info xəbər verir ki, bu barədə Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası qərar qəbul edib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hazırda Asiya Parlament Assambleyasının sədridir.