Əməkdar artist Xumar Qədimova pərəstişkarlarını sevindirib.
RegionTV.info xəbər verir ki, sənətçi Molla Pənah Vaqifin sözlərinə bəstələdiyi "Ayrıldıq" adlı mahnını ifa edərək onu ekranlaşdırıb.
Sənətçinin klipində bir sıra dostları və tanınmışlar iştirak ediblər. Onlar arasında aparıcılar Saleh Bağırov, Lamiyə Ələkbərova, Kazım Sübhan, Aytəkin Mərdanova, aktyor Fərda Xudaverdiyev və sənətçinin müğənni bacısı Matan olub.
Mahnının aranjimanını Neyman Mustafazadə edib. Klip Əməkdar artistin şəxsi yutub kanalına yerləşdirilib.