Müxtəlif rəngli maskalar problemli dəri olan yeniyetmələr üçün xüsusilə zərərlidir.
Koronavirus pandemiyası zamanı mütəxəssislər apteklərdə satılan birdəfəlik qoruyucu maskalar taxmağı məsləhət görürlər.
Qara və müxtəlif rəngli maskalar qoruma vasitəsi deyil, əksinə moda aksesuarıdır. Niyə mütəxəssislər rəngli maskalar taxmağı məsləhət görmürlər? Həqiqət budur ki, bu cür maskalar sintetik parçadan hazırlanır və qoruyucu filtrləri yoxdur. Bundan əlavə, rəngli boya allergik ola və dermatitə səbəb ola bilər.
Mütəxəssislər modanı təqib etməməyi və adi birdəfəlik maskalar seçməyi məsləhət görürlər. Onlar pambıq parçadan hazırlanır, qoruyucu filtrlərə malikdir və dəriyə zərər vermirlər.
Bu arada unutmayın ki, bu cür maskalara boş yerə “birdəfəlik” deyilmir - onları 4 saatdan çox taxmaq olmaz. Maska nəmlənən kimi dəyişdirilməlidir.