Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində yol-qəza hadisəsi baş verib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, qəza zamanı renault markalı avtomobil transformatora çırpılıb.
Şikayətçi bildirir ki, transformator yaşayış evlərinin yaxınlığında yerləşir. Baş verə biləcək istənilən növ qəza hadisələri də faciəyə yol aça bilər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-nın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirdi ki, artıq transfotmator bərpa edilib. Yerləşdiyi ərazi isə vətəndaşlar üçün təhlükəsizdir:
"Transformator qapalı tiplidir. Belə transformatorların ətrafında çəpər olmamalıdır. Bununla belə çəpər də qoyulub. Elektrik xətləri və transformatorlar şəhərsalmanın planına uyğun olaraq yerləşdirilir. Bu vətəndaşın istəyi ilə tənzimlənir. O ki qaldı təhlükə məsələsinə bu vətədaşlar üçün tam təhlükəsizdir".