Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev: “Keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub”

“Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar”.

RegionTV.info  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib.

Ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini bildirən dövlətimizin başçısı deyib:

“Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün, əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də