Bakıda bütün universitetlər bu gün hava şəraiti ilə əlaqədar əməkdaşlarına qısaldılmış iş günü rejimi tətbiq edib.
RegionTV.info xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb. Bu məlumatı universitetlərin İnsan Resursları şöbələri məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz, Daşkəsəndə 5 sm, Qobustanda 4 sm, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm, Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.
"Düşən yağıntının miqdarı Astarada 16 mm, Lerikdə 15 mm, Biləsuvarda 9 mm, Qax, Lənkəranda 8 mm, Oğuz, Qəbələdə 7 mm, Qubada 6 mm, Neftçala, Göyçayda 5 mm, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4 mm, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3 mm, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1 mm, Sumqayıtda 9 mm, Bakıda 3 mm, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub".
A.Verdiyev onu da qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.