Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemlər nəzərə alınaraq imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzrlü hesab olunacaq.
RegionTV.info-nun məlumatına görə, bu barədə universitetin mətbuat katibi Cavid Hüseynov bildirib.
Qeyd olunur ki, tələbələrə əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq.
Bildirilir ki, ADPU-da qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir. Hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.