Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq ad günü küçirib.
Bu barədə videogörüntü sosial şəbəkələrə yayılıb.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib:
“Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.