RegionTV.info
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Kamil Süleymanov idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq avtomobilləri duracağa yerləşdirilib, nəqliyyat vasitələrindəki qanunsuz dəyişikliklər aradan qaldırılıb və sürücülər barəsində qanuni tədbir görülüb. Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.