Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə vermiş erməni Lüdviq Mkrtçyan Vətən müharibəsində əsir düşüb və barəsində həbs qərarı verilib. Dindirilmə zamanı Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib. I Qarabağ müharibəsində erməni əsirliyində olan bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb.
Azərbaycanlı əsirlərə işgəncə verən, onlara qarşı xüsusi amansızlıq sərgiləyən digər cinayətkarların da tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində ardıcıl iş aparılmalıdırmı?
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Azərbaycan xalqına qarşı cinayət törədən hər bir erməninin tirubnal qarşısında cavab verməsi vacibdir:
“Məlum olduğu kimi, həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində ermənilər Azərbaycan xalqına qarşı böyük vəhşilik vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən törədilib. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindədir. Vəhşilik, qətl, xəyanət, soyqırım törətmək bu millətin genindədir. Biz hətta bir çox hallarda ermənilərin liderlərinin bu kimi vəhşi əməllərlə fəxr etdiklərinin şahidi oluruq. Zori Balayanın kitabında qeyd etdikləri vəhşilikləri bu gün də hər bir Azərbaycan vətəndaşı yaxşı xatırlayır. Baxın, bu millətin bütün milli qəhrəmanlarının hamısı cinayətkar və uşaq qatilləridir. Ermənistanın paytaxtında bir neçə bu cür “qəhrəman”a heykəl qoyulub. Budur erməni xalqının mahiyyəti. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur. Nəticə isə göz qabağındadır.
Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın bu dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırım törədiblər. Bu əməllər cəzasız qalmamalıdır. Dağlıq Qarabağda Azərbaycan xalqına dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində hazırda dövlətimiz tərəfindən böyük işlər görülür. İlkin olaraq dəymiş maddi ziyanın qiymətləndirilməsi istiqamətində işlər həyata keçirilir. Parelel olaraq mənəvi ziyana görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində işlər gedir. Bu, həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cəzalara görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər.
Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdü ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın dəmir yumruğu bu dəfə çox möhkəm oldu. Ermənistanın özünə gəlməsi üçün uzun illər lazım olacaq. Əgər Ermənistan yenə eyni əməlləri törətməyə cəhd etsə, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaq. Ermənistan bu dərsdən ciddi nəticə çıxarmalıdır. Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əskinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, şanlı tarix yazdı”.