Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub.
RegionTV.info-nun məlumatına görə, hadisə Cəlilabad şəhərinin V.Mürsəlov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Şəhər sakini, 2008-ci il təvəllüdlü N.Məmmədova dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılsa da, artıq öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.