RegionTV.info
Etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumata görə, 2023-ci il Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin karyerasının sonunu gətirəcək. Çünki arxada qalan 2022-ci ildə o, həmişəki korruptiv əməllərindən başqa, həm də çox ciddi səhvə yol verib.
Mənbənin verdiyi informasiyaya görə, keçən il Prezident İlham Əliyev Qarabağa səfərlərindən birində kortej keçdiyi Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun Beyləqan – Ağcabədi nahiyəsində “Azərbaycan Əsgəri” abidəsini ötəndən sonra yerli sahibkara məxsus yolüstü restoranda qısamüddətli dayanmalı imiş. Qabaqcadan müəyyən olunmuş reqlamentə görə, yol hərəkətinin tənzimlənməsi işləri görülür. Lakin bir neçə saat öncə məlum olur ki, seçilən iaşə obyektinin yol ilə arasında qalan torpaq sahəsi asfaltlanmaya ehtiyaclıdır. Bu işin yerinə yetirilməsi qalan vaxt ərzində mümkün olduğu üçün Prezident Administrasiyasından göstəriş alan vəzifəli şəxslərdən biri RİH başçısı Asif Ağayevə zəng vurur. Amma dəfələrlə zəng vurulmasına baxmayaraq, aşağıdan yuxarı bütün müraciətlərə laqeyd yanaşmağı vərdiş eləmiş Asif Ağayev telefonu açmır ki açmır. Başçının hərəkətsizliyi barədə Administrasiyaya məlumat gedəndən sonra rayon rəhbərinin əvəzində bu məsul işi öz üzərinə Beyləqanda nüfuzu olan başqa bir vəzifəli şəxs götürür, yerli asfalt zavod müdirlərinə, yol inşaatı funksionerlərinə xahiş edir, vədə tamam olana kimi məsələni yoluna qoyur. Kortej həmin məkana çatana yaxın Asif Ağayev də gəlib hər şeyin qaydasında olduğunu görür.
Qeyd olunur ki, həmin hadisədən sonra Asif Ağayevin vəzifədən getməsi netləşib. Amma itirəcəyinin təkcə vəzifə kreslosundan ibarət olmayacağını başa düşən başçı xahiş-minnətlə möhlət götürüb və işdən kənarlaşana kimi bir çox kəm-kəsirini ödəyəcəyini vəd edib.
Mövzuya qayıdacağıq.