Xankəndində ermənilər qaçaq rusiyalı milyarder Ruben Vardanyanın girovluğundan qurtulmaq üçün hər cür çıxış yolu axtarırlar.
RegionTV.info xəbər verir ki, onlar sosial şəbəkələrdə Xankəndini tərk etməyin yollarını ciddi şəkildə müzakirə edirlər və bu işdə onlara kömək etməyə razı olacaq Rusiya sülhməramlılarına belə göstərəcəkləri "xidmətlər" üçün rüşvət verməyə hazırdırlar.
"Telegram" kanallarında artıq Kislovodskda köçən Xankəndidən olan erməni ailəsinin fotoları dərc olunub. Və bu yeganə hal deyil. Vardanyan özü də etiraf edib ki, bir varlı erməni ailəsi də kiməsə rüşvət verərək məzuniyyətə yollanıb.
Xankəndində ermənilərin “aclığı” belədir: həm rüşvət verirlər, həm məzuniyyətə gedirlər.
Vardanyanın guya “Azərbaycan tərəfindən Laçın yolunun bağlanması” zəminində Xankəndində “blokada”, “humanitar fəlakət” barədə bütün təbliğatlarına baxmayaraq, orada yaşayan ermənilər onları əslində öz maraqları uğrunda kimin blokadada saxladığını çox yaxşı başa düşürlər. Vardanyanın da belə bir "məzuniyyət"ə ehtiyyacı var, çünki o, Azərbaycan torpaqlarını nə qədər tez tərk etsə, regionda bir o qədər tez sülh yaranar.