Gəncədə kirayədə qalan yeniyetmə naməlum səbəbdən ölüb.
RegionTV.info xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun qəflətən halı pisləşib.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun xəstəxanaya gətirilərkən artıq öldüyü məlum olub.
Yaxınları yeniyetmənin qızdırması olduğunu bildiriblər.
Qeyd edək ki, E.Ulubəyov Gəncədə kirayə qalırmış.
Faktla bağlı araşdırma aparılır.