Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Almaniyada terror aktı törətmək istəyən iranlılar saxlanılıb

RegionTV.info

Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.

 

Polisin xüsusi təyinatlı qüvvələri gecə yarısı Kastrop-Rauxel şəhərində bir iranlının mənzilinə basqın ediblər.

 

Şübhəli, eləcə də onun qardaşı olduğu güman edilən başqa bir şəxs küçəyə çıxarılıb, yalnız alt paltarı və köynəklə çölə çıxarılaraq polis mikroavtobusuna mindirilib. Onların heç biri müqavimət göstərməyib.

 

“Təqsirləndirilən şəxs dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinir”, - prokurorluğun sözçüsü bildirib.

 

Saxlanılan şəxs kimyəvi döyüş maddəsi olan risin, həmçinin yüksək dərəcədə zəhərli sianid əldə etməkdə ittiham olunur. İstintaq orqanları onun hücumu hazırlamaqda nə qədər irəlilədiyini dəqiqləşdirməyiblər. Terror aktının mümkün hədəfləri barədə məlumat verilməyib.

 

“Bild” qəzetinin məlumatına görə, Cinayət işləri üzrə Federal İdarə iranlını bir neçə gün müşahidə altında saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də