Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkənin xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
RegionTV.info xəbər verir ki, M.Əliyevanın instaqram hesabında yer alan təbrikdə deyilir:
"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!"