Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Brayza: “Rusiya və Türkiyə Cənubi Qafqazdakı geosiyasi vakuumu doldurdu”






“Cənubi Qafqaz regionunun geosiyasəti artıq dəyişib. Rusiya və Türkiyə regiondakı diplomatik vakuumu doldurdu”.

Bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

“Ermənistan tərəfi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini gündəmdə saxlamağa çalışır. Bu məsələdə onlara Fransa da kömək edir. Ancaq mən bu məsələdə artıq heç bir şans görmürəm. Putin müsahibələrindən birində dedi ki, hələ oktyabr ayında, Qarabağda döyüşlər gedən zaman baş nazir Paşinyanla danışıb və ona Ermənistanın işğal etdiyi əraziləri, o cümlədən də Şuşanı azad edəcəyi təqdirdə Azərbaycanın dayanmağa hazır olduğunu söyləyib. Ancaq Paşinyan bunun olmayacağını və müharibəni davam etdirməyə hazır olduqlarını bildirib”, - Brayza söyləyib.

Sabiq səfirin sözlərinə görə, bölgənin geosiyasəti artıq dəyişib: “Rusiya da istədiyini əldə etdi – onun sülhməramlıları Azərbaycan ərazisindədir. Bundan əlavə, 10 noyabr tarixli birgə bəyanatın son maddəsində bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi göstərilir. Bu da geosiyasi baxımdan müsbət rol oynayacaq. Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə birbaşa əlaqəsi qurulacaq. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri açıla bilər, bu da onların xeyrinə olacaq, çünki regional layihələrə cəlb ediləcəklər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də