Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Qlobal Cənubi Koreya təqaüd proqramının qalibi Sevinc Nuriyeva ilə görüşüb.
RegionTV.info xəbər verir ki, Əkbər Abbasov Cənubi Koreyanın nüfuzlu ali məktəbinin tələbəsi adını qazanması münasibətilə onu təbrik edərək universitetdə əla qiymətlərlə oxumasını, müstəqil Azərbaycanın adını, şərəfini həmişə uca tutmasını arzulayıb.
İcra baçısı təhsil sahəsində əldə etdiyi nailiyyətə görə Sevinc Nuriyevanı Təşəkkürnamə və hədiyyə ilə təltif edib.
Sevinc Nuriyeva göstərilən etimadı layiqincə doğruldacağını, təhsilini başa vurandan sonra Vətənə qayıdıb ixtisası üzrə işləyəcəyini bildirib.
Qeyd edək ki, Sevinc Nuriyeva qlobal təqaüd proqramının Azərbaycanda yeganə qalibidir.