Müdafiə Nazirliyinin Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.
RegionTV.info xəbər verir ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 26 yanvar 2023-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Komando hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.