Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda daha iki etirazçı dar ağacından asıldı

RegionTV.info

Bu gün səhər saatlarında İranda daha iki etirazçı barədə çıxarılan edam hökmü icra olunub.

 

Məlumatı “Mehr” xəbər agentliyi yayıb.

 

Bidirilib ki, Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etiraz aksiyalarını yatıran BƏSİC üzvü Ruhullah Əcəminin qətlində təqsirli biliniblər. Bu iki etirazçı barədə edam hökmü yanvarın 3-də çıxarılıb.

 

Qeyd edək ki, dekabrda etiraz aksiyasının iştirakçıları Məcidreza Rəhnavard və Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü də icra olunub.

 

Yanvarın 6-da isə daha 4 nəfər barəsində edam hökmü çıxarılıb. Onlar “Allaha düşmənçilik” və rejimə qarşı qiyamda təqsirli biliniblər.

 

Xatırladaq ki, sentyabrın 17-də İranda etiraz aksiyaları başlayıb. İndiyədək 20 minə yaxın etirazçı həbs olunub, 68-i yeniyetmə olmaqla 500-dən çox aksiyaçı etiraz tədbirlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də