Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan deputatları Şuşanın Qaladərəsi kəndinə gəldi- Orada erməni hərbçiləri var?..

“Təxminən 40 ailə artıq Kiçik Qaladərəsinə qayıdıb və hətta uşaqlar həyətlərdə oynayırlar...”




“Qarabağdakı Mets Şen və Xin Şen erməni kəndlərinə gedən yol təhlükəsizdir. Artıq  Şuşa rayonunun hər iki kəndində Rusiya sülhməramlıları və onlarla birlikdə erməni qoşunları və könüllü dəstələr yerləşiblər”.

Moderator.az xəbər verir ki,  işğalçı Ermənistan mediasında yayılan məlumata görə, bu haqda Paşinyanın “Mənim addımım” fraksiyasından olan erməni  deputat Sofiya Ofsepyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. 

S.Ofsepyan bu günlərdə həmkarları Nazeli Baqdasaryan ilə birlikdə qanunsuz olaraq Azərbaycanın tarixi-hüquqi ərazilərində işgüzar səfərdə olub.

“Yerli sakinlərin sözlərinə görə, təxminən 40 ailə artıq Xin Şenə(Kiçik Qaladərəsinə-S.L.) qayıdıb və hətta uşaqlar həyətlərdə oynayırlar. Kəndin sonunda burada təhlükəsizliyin təmin olunduğuna əmin edən sülhməramlıların blok-postu var. 

Sakinlər kənd təsərrüfatı işləri ilə məşğul olmurlar, çünki ərazidə artıq qar var. Ancaq təhlükəsizlik məsələsinə gəldikdə, bu artıq təmin edilmişdir"- deyə S.Ofsepyan  bildirib.

“Bu yaxınlarda Xin Şenə gedən yolun üzərində yerləşən Mets Şen(Böyük Qaladərəsi-S.L.) kəndində yoldan keçən bir qrup Azərbaycan əsgəri peyda olub. Ancaq rus sülhməramlıları, erməni hərbçiləri və könüllüləri də artıq ora gəliblər. İndi Mets Şendə Rusiya olmasa da, erməni postlarının yaradılması üçün danışıqlar aparılır. Rus sülhməramlılarının Berdzor(Laçın)  şəhərindən və Axavno(Zabux-S.L.) kəndindən (Gorusdan Qarabağa gedən yolda) hansı məsafədə duracaqları məsələləri də müzakirə olunur. 
Vəziyyət nəzarət altındadır, lakin sayıqlığımızı itirməməliyik. Bəzi söz-söhbətlər şişirdilir. Məsələn, bizə Mets Şen və Xin Şenə gedən şossedən çıxmamağımızı tövsiyə etdilər. Ancaq  biz kəndlərə çətinlik çəkmədən getdik. Buna görə panikaya ehtiyac yoxdur, amma sayıqlığı da itirə bilmərik" -deyə  erməni deputat əlavə edib... 

Xatırladaq ki,  bir neçə həftədir ki, ermənilər Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin azərbaycanlılar tərəfindən mühasirəyə alınması, kəndlərdəki ermənilərin evləri tərk edərək Ermənistana köçdüyünü bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də