Quba şəhərində su borusunun partladığı ərazidə bərpa işləri davam etdirilir.
RegionTV.info xəbər verir ki, bu barədə 1 nömrəli Regional Sukanal İdarəsinin Quba Sukanal Sahəsindən məlumat verilib.
Bildirilib ki, qurumun əməkdaşları tərəfindən hazırda qəza baş vermiş ərazidə qazıntı işlərinə başlanılıb. Məlumatda qeyd edilib ki, qəzanın dəqiq səbəbi qazıntı işləri bitəndən sonra məlum olacaq.
Qeyd edək ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti alternativ küçələr vastəsilə təmin olunur.
***11:09
Quba şəhərində su borusu partlayıb, küçələri su basıb.
RegionTV.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki prospektin əsas su borusu partlayıb.
Nəticədə şəhərin Ə.Orucov və A.Hüseynov küçələri subasmaya məruz qalıb.