187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova karantin qaydalarını pozaraq, ad günü məclisi təşkil edib.
Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb.
REALXEBER.ORG yayılan məlumatı və videogörüntünü olduğu kimi təqdim edir: “Şəhidlərimizə hörmətsizliyin cavabı ən ağır şəkildə verilməlidir. İnanırıq ki, dövlətin qərarlarını heçə sayan direktor ilə bağlı Təhsil Nazirliyi ölçü götürəcək”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin karantin qaydalarını pozaraq bu dəfə ad günü keçirən direktoru Nailə Məmmədovanın adı dəfələrlə mətbuatda qalmaqallı məsələlərdə hallanıb. Həmçinin bir müddət əvvəl onun mətbuata verdiyi açıqlamsasında “Sübutun varsa yaz! “Dux”un varsa” ifadələri ciddi müzakirələrə səbəb olmuşdu.