Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DTX-nın həbslər apardığı Neftçalada başçı ilə DSK sədri hektarı 1000 manata torpağ satır – SENSASİON İDDİA





Neftçalanın gənc icra hakimi Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub.

RegionTV.info   xəbər verir ki, Reportyor.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur.

DTX-nın həbslər apardığı Neftçalada başçı ilə DSK sədri görün nələr edir – DETALLAR…

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Yeri gəlmişkən, Z.Kərimovun adı bu günlərdə başqa bir qalmaqallı işdə də hallanmışdı: onun bahalı avtomobili ilə heç bir yol hərəkəti qaydasına əməl etmədən, avtoxuliqan kimi rayon yollarında şütüdüyünü əks etdirən fotolar yayılmışdı. Həmçinin, məlumata görə, bu günlərdə onun oğlu Bəxtiyar Kərimov Neftçalada narkotik istifadəçisi kimi həbs olunub. Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Regional İdarəsinə gətirilən B.Kərimov elə həmin gecə həbsdən azad edilib. 

Məlumata görə Neftçala suvarma idarəsində çalışan ərköyün məmur oğlu bir müddət öncə də Yasamal rayonunda saxlanmışdı, amma o zaman da həbsdə qurtarmağı bacarmışdı. İndisə məlum olur ki, DSK sədri Z. Kərimov və rayonun başçısı M. Seyidov Neftçala fermerlərinə “gün verib, işıq vermir”. Onlar torpaqları auksiona çıxarır və rüşvətin fərqli mexanizmi ilə başqalarına verirlər. Yəni 1000 manatın varsa, Seyidovla Kərimov sənə icarəyə torpaq bağışlayacaq, əks halda torpaq üzünə həsrət qalacaqsan. Bu da Neftçalada məmur özbaşınalığının yenidən baş qaldırması deməkdir. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatın üzərindən üç ilə yaxın vaxt keçir. 2020-ci ilin fevralında DTX Neftçalanın icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan əməliyyat keçirmişdi. Göründüyü kimi, iki ildir rayonun rəhbəri dəyişib, hazırda başçı Mirhəsən Seyidovdur, lakin gənc icra başçısı barədə çoxsaylı şikayətlər var. Prezident isə onu vəzifəyə təyin edərkən demişdi ki, kim xalqa xidmət etməsə, qanunsuzluğa yol versə, onu da oxşar cəza gözləyəcək…




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də