ABŞ Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayırıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyera məlumat verib.
"Dövlət Departamentinin həmkarları bu paket haqqında daha sonra ətraflı danışacaqlar. Lakin bu paketə dünən elan etdiyimiz "Bradley" döyüş maşınları, özüyeriyən haubitsalar, yer-hava raketləri, digər avadanlıq və sursatların daxil olacağı gözlənilir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, 225 milyon dollar Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsinə yönəldiləcək.