DTX-nın adından istifadə edərək vətəndaşları aldadan Qurbanov Ruslan Əkbər oğlu DTX tərəfindən müəyyən edilərək saxlanılıb.
Bu barədə daha əvvəl həmin məsələni ictimailəşdirən “Avtobazar TV” səhifəsinin admini, videobloqer Elvin Hüseynli özü məlumat yayıb.
RegionTV.info xəbər verir ki, aparılan araşdırmalar zamanı həmin şəxsin Ruslan Qurbanov olduğu müəyyən edilib və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Məlum olub ki, R.Qurbanovun daha əvvəllər də müxtəlif maddələr üzrə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, R.Qurbanovun ziyan vurduğu şəxslər bu barədə hüquq-mühafizə orqanlarına məlumat verə bilərlər.