"Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır".
RegionTV.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.