Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Naxçıvanda daxili işlər naziri işdən çıxarılmış inşaatçıları qəbul edib - VİDEO

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov tikinti sektorunda çalışmış bir qrup işçini qəbul edib, onların işdən çıxarılmaları və əmək haqlarının verilməməsi ilə bağlı müraciətini dinləyib.

RegionTV.info  xəbər verir ki, S.Neymətov onların problemlərinin tezliklə həll ediləcəyini bildirib.

Daxili İşlər Nazirliyinin qarşısına toplaşan keçmiş inşaatçılar bildirir ki, 3 ildən artıqdır onlar sözügedən problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət edirlər. Lakin şikayətlərinə baxılmayıb və onlara yeni işlə təmin olunacaqları ilə bağlı yalan vədlər verilib. Etirazçılar iddia edirlər ki, Maliyyə Nazirliyi tərəfindən onlara ayrılan əməkhaqqı mənimsənilib, İşsizlikdən Sığorta Fondundan da heç bir ödəniş edilməyib.

Qeyd edək ki, daxili işlər naziri gün ərzində inşaatçılarla yanaşı, şikayəti olan digər sakinləri də qəbul edib və onların müraciətinə baxılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də