İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunun əməkdaşı Elvin Dəmirli işdən çıxıb.
RegionTV.info-nun xəbərinə görə, bu barədə özü məlumat verib.
“Hər yolun başlanğıcı olduğu kimi sonu da var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə 3 ilə yaxın birgə gəldiyim yolun sonuna çatdım. Bu müddət ərzində işimin öhdəsindən maksimum gəlməyə, jurnalist həmkarlara yardımçı olmağa çalışdım. Ümidvaram ki, məndən narazı qalmadılar”, - E.Dəmirli bildirib.
Qeyd: Elvin Dəmirli əvvəllər ATV kanalında çalışıb.