Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli İnsanov müsadirə olunan 40 kilo qızılını geri alır? - AÇIQLAMA

RegionTV.info

Əli İnsanovla bağlı son günlərdə yayılan məlumatlar cəfəngiyyat və dezinformasiyadır. O, 2005-ci ildə müsadirə olunan əmlakını geri almaq üçün apelyasiya şikayəti verməyəcək.

 

Bu barədə Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyasından məlumat verilib.

 

Bildirilib ki, yaxın günlərdə partiya məsələ ilə bağlı ətraflı açıqlama yayacaq.

 

Qeyd edək ki, Yenisabah.az saytı 2005-ci ildə siyasətçidən müsadirə olunmuş təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villanın geri qaytarılması üçün Əli İnsanovun apelyasiya şikayəti verəcəyi barədə məlumat yaymışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də