Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib

Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

RegionTV.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Belə ki Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, "Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də