RegionTV.info
İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.
Ov zamanı 1981-ci il təvəllüdlü Əsədov Babək Bəhram oğlunun tüfəngindən açılan atəş onun ayağını yaralayıb.
Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.