Moderator.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fakültəsinin dekanı Nərmin Qaralova Bakı Humanitar Kollecinin (BHK) direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nərmin Qaralova 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-2001-ci illərdə Asəf Zeynallı adına musiqi kollecində təhsil alıb. 2001-2007-ci illərdə Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin bakalavr və magistr pilləsi üzrə musiqişünaslıq bölməsində təhsil alıb. 2006-2008-ci illərdə İctimayi Televiziya, 2008-2014-cü illərdə isə Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor vəzifəsində çalışıb.2008-2015-ci illərdə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan musiqisinin tarix və nəzəriyyə” kafedrasında müəllim kimi çalışıb. 2015-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb. 2014-cü ildən ADMİU-nun “Mətbuat və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, 2015-ci ildən isə ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosentidir. 20-yə yaxın yerli və xarici mətbuatda dərc olunan məqalələrin müəllifi, 10-dan artıq Respublika və Beynəlxalq konfransının iştirakçısıdır. Son olaraq isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsini icra edirdi.