RegionTV.info
“Nəinki İrəvanda, Qarabağdakı ermənilər arasında da ciddi gərginlik var”.
Bunu BAKU.TV-nin “Baku Analitik” verilişində siyasi tədqiqatçı Əhməd Əlili deyib.
O qeyd edib ki, Araik Arutyunyan və Ruben Vardanyanla yanaşı, David Babayanla Ruben Vardanyan arasında da söz atışmaları olur.
“Bir müddət əvvəl Ruben Vardanyan göstərməyə çalışdı ki, Qarabağ ermənilərinə qaz verilişinin bərpasını o həyata keçirib. David Babayan isə açıq şəkildə dedi ki, bu “uğur hekayəsi”ni heç kim öz adına yazmamalıdır”, - deyə Ə. Əlili əlavə edib.