Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan müdafiə xərclərini ARTIRIR






Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində (2020-ci illə müqayisədə 2,5 faiz-bənd çox) və ya 6678,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci ilə nisbətən 937,7 milyon manat və ya 16,3 faiz çoxdur.

Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.  

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 4585,8 milyon manatı və ya 68,7 faizi (2020-ci ilə nisbətən 781,6 milyon manat və ya 20,5 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 2092,8 milyon manatı və ya 31,3 faizi (2020-ci ilə nisbətən 156,1 milyon manat və ya 8,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək.

Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2021-ci ilin dövlət büdcəsində 85,2 milyon manat vəsait nəzərdə tutulub. Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 4,8 milyon manat vəsait proqnozlaşdırılıb. 2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 294,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 17,5 milyon manat və ya 6,3 faiz çoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də