Ötən gün günorta saatlarında Nərimanov rayonu, Heydər Əliyev prospektində BMW markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək qəza törədib.
Bu barədə Vətən müharibəsi iştirakçısı, qazi Əli Əhmədli məlumat paylaşıb. O bildirib ki, sürücü dostunun avtomobilini vurub. Həmin vaxt Əli Əhmədli və ailəsi də maşında olublar.
“Vuran zaman yeddi aylıq qızım, dostum, yoldaşım və mən çox pis qorxduq. Qızımı bir saata qәdәr sakitlәşdirә bilmәdik, vurub qaçdı. Adam utanmaz-utanmaz videonu “TikTok”a yerlәşdirib. Çox xahiş edirik, bu adam saxlanılsın vә gәlib bizә dәyәn ziyanı ödәsin. Bizdәn üzr istәmәlidir. Bu nә özbaşınalıqdır?” - deyə o qeyd edib.
RegionTV.info xəbər verir ki, Əli Əhmədlinin oxu.az-a verdiyi məlumata görə, problem artıq həll olunub:
“Dünәn məsələ ictimailәşəndәn sonra həmin şəxs bizimlə əlaqə saxlayaraq tәzminat mәsәlәsini öhdәliyinә götürdü. Mәndәn dә, ailәmdәn dә üzr istədi, hәr şey yoluna qoyuldu”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntüdən məlumatlıdırlar və araşdırma aparılır.