Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə (500 min nəfərə yaxın) ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da hər bir məcburi köçkün ailəsinə orta hesabla ayda 270 manat məbləğində vəsaitin müavinət şəklində ödənilməsi deməkdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021- ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulub.