RegionTV.info
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
*** 12:59
Nərimanov rayonu Ağaoğlu küçəsi 7 ünvanında mənzil 11-də bağlı qapılar arxasında 4 nəfərin meyiti aşkarlanıb.
RegionTV.info xəbər verir ki, həmin şəxslərin dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.
Bildirilir ki, həmin şəxslər orta yaşlı kişilərdir. Onlardan birinin cansız bədəni çıxarılıb. Qalan 3 nəfərin meyiti isə hələ də mənzildədir. Elə bu səbəbdən də binanın girişini kəskin üfunət qoxusu bürüyüb. Ehtimal olunur ki, onlar bir neçə gün öncə vəfat ediblər.
Əldə olunan məlumata görə, həmin şəxslər binada kirayə qalırlarmış.
Daha ətraflı videoda: