Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
RegionTV.info xəbər verir ki, məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Bildirilib ki, dövlət başçıları enerji daşıyıcları başda olmaqla Türkiyə-Rusiya münasibətlərinə dair məsələləri, Rusiya-Ukrayna müharibəsi, Suriya və regional məsələləri müzakirə ediblər.
Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz habının yaradılması istiqamətində yol xəritəsini tamamlamağı və konkret addımlar atmağı hədəflədiklərini bildirib.
O eyni zamanda vurğulayıb ki, terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün konkret addımlar atılmalıdır.