Abşeron İH-dən 100 minlik yeyinti: Xırdalan zülmət içində… – Foto
Tarix: 21-12-2020, 14:30 Xəbərə baxış: 171

Abşeron rayonunun Xırdalan şəhəri hər axşam zülmətə qərq olur. Yüz minlərlə insanın yaşadığı, nəqliyyatın hərəkətinin sıx olduğu bu ərazidə axşamlar yola çıxmaq təhlükəlidir. Çünki göz-gözü görmür və küçələrdə işıqlanma yox dərəcəsindədir.
Reportyor.info-nun araşdırmasına görə, 2018-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalanın işıqlandırılması üçün tenderdə “qalib” gələn “Comel A.N” MMC-yə nə az, nə çox 99999.81 manat deməkdir.