RegionTV.info
Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb.
Bir kisəsi 41 manata olan unun qiyməti bu gündən 38 manata endirilib.
Bölgələrdə artıq satış qiymətləri aşağı salınıb. Şirvanda əvvəllər 41-42 manata satılan 50 kq un bu gündən 38 manat, bəzi yerlərdə isə 38.70 mantdan satışa çıxarılıb.
Satıcılar qeyd edirlər ki, qiymətin düşməsi unun satışına da təsir edib.
Sumqayıt şəhərində də unun qiymətində enmə müşahidə edilir. 45 kq-lıq unun bir kisəsi 35 manat 50 qəpiyə müştərilərə təklif edilir.
Şəhərin digər marketlərində 50 kq-lıq un 38 manatdan alıcılara verilib.
Mingəçevirdə də unun qiyməti ucuzlaşıb. Şəhərdə həm alıcılar, həm də satıcılar qiymətlərdə enmə olduğunu bildirdilər. Un satışını həyata keçirənərlər deyirlər ki, un dəyirmanlarında ucuzlaşma olduğundan satışda 80 qəpik, 1 manat arasında ucuzlaşma yaranıb.
Əvvəl 41 manata satılan 50 kiloqramlıq un kisələri hazırda 40 manata təklif edilir. 25 kiloqramlıq un kisələri isə əvvəl 21 manata idisə, hazırda 20 manata satılır.