Bakının Nərimanov rayonunda iki minik avtomobili toqquşub.
RegionTV.info xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobillərdən biri yol nişanını aşırıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb. Avtomobillər ərazidən uzaqlaşdırılıb. Hadisənin təfərrüatı araşdırılır.