Ukrayna rəsmi şəxs səviyyəsində Putinin xəstəliyi barədə açıqlama yayıb.
RegionTV.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ABC News-a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin gözlənilməz ölümünə və müharibənin bitməsinə ümid etdiyini bildirib.
"Əlbəttə. O, uzun müddətdir ki, xəstədir”, - Budanov jurnalistin Putinin xəstə olub-olmaması ilə bağlı sualına cavab verib.
Onun sözlərinə görə, Putində xərçəng var: "Biz bunu sadəcə olaraq bilirik - insanlardan, mənbələrdən", - Budanov vurğulayıb.
O, həmçinin əmin olduğunu bildirib ki, “müharibə Putinin ölümünə qədər bitməlidir”.