Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Proqress 2016” MTK-nın fırıldağı istintaqda: Səməndərov həbsə gedir?



Bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən “Proqress 2016” MTK barəsində istintaq hərəkətlərinə başlandığı xəbəri yayılıb.
Reportyor.info-nun məlumatına görə, Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı saxtakarlığa yol verdiyi deyilən şirkətin işi nəzarətdədir.
Əldə etdiyimiz bilgiyə görə, vətəndaşların şikayətindən sonra “Proqress 2016” MTK-nin məsələsi hüquq-mühafizə orqanlarının diqqətindədir.
Əgər araşdırmaların nəticəsində MTK rəhbərliyinin fırıldağa yol verdiyi təsbit olunarsa, dələduzluğa görə cinayət işi açılması istisna edilmir.
Şirkətin sahibi həm də “Hayan E” MMC-nin direktoru Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçıları aldatmaqdadır.
Hazırda aparılan araşdırmalar və müəyyən istintaq hərəkətlərindən sonra E.Səməndərovu, eynilə şirkəti nə gözlədiyi qeyri-müəyyəndir.
Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır. Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min manat nağd ödəniş edərək “Proqress 2016” MTK-dan mənzil alıb.


Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış.
Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb.
Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb.
Onların istintaq orqanlarından xahişi budur ki, bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun.
Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib.
“Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də