Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
RegionTV.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Yaxınları bildirir ki, 2012-ci ildə onun əmisi oğlu da qatarın altında qalaraq həyatını itirib.
Qeyd edək ki, ötən gün yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov qatarın altında qalaraq həlak olub.
Ötən il həyat yoldaşından boşanan mərhumun üç övladı var.
Daha ətraflı APA Tv-nin süjetində: