Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan və Putinə dondurma satan sirli qadının kimliyi məlum oldu - FOTO/VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Yeni il münasibəti ilə ictimaiyyət qarşısında çıxışı sosial medianın və beynəlxalq medianın gündəminə çevrilib.

RegionTV.info  xəbər verir ki, “Müharibə qəhrəmanları” ilə kamera qarşısında çıxışda ən diqqətçəkən məqamlardan biri isə Kreml rəhbərinin arxasında dayanan sarışın qadın olub.

Belə ki, onun peşəkar “aktrisa” olduğu üzə çıxıb.

Həmin qadın Putinin kilsəyə səfəri zamanı orada olan örpəkli ziyarətçilərdən biri olub.

Bundan başqa Putin və RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bir gəmidə çəkilən şəklində həmin qadın dənizçi geyimindədir.

Bu qadın həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə Moskvaya səfəri zamanı dondurma satıcısı qiyafəsində olub. Həmin vaxt Putin dondurma dükanına yaxınlaşıb və satıcıdan dondurma alaraq onlardan birini Ərdoğana təklif etmişdi.

Bu qadın Putinin Soçiyə səfəri zamanı da dondurma satıcısı rolunda olub.

Rusiya mətbuatında çıxan xəbərlərdə “Kornetto casus” kimi tanınan qadının adının Anna Sidorenko olduğu və Putinin şəxsi mühafizəçilərindən biri olduğu iddia edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də