Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Leyla Abdullayevadan “Charlie Hebdo” jurnalına sərt cavab

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Charlie Hebdo” jurnalını sərt tənqid edib.

RegionTV.info  xəbər verir ki, diplomat bu barədə özünün tvitter hesabında yazıb.

“Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?” - deyə o, jurnalın rəhbərliyinə bildirib.

Qeyd edək ki, “Charlie Hebdo”nun dünənki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki “təhlükə”ni unutdurduğu barədə məqalə dərc olunub və hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də