RegionTV.info
Zaqatalada tibb bacısı dəm qazından dünyasını dəyişib.
Hadisə bu gün səhər saatlarında şəhərin Cavadxan küçəsində baş verib. Həmin evdə yaşayan 42 yaşlı Əminə Qardaşova hamam otagında həyat yoldaşı tərəfindən ölü tapılıb.
Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Qeyd edək ki, Ə.Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırmış.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.